"Kəpəz" Misli Premyer Liqasının 20-ci turu çərçivəsində "Neftçi"yə 1:3 hesabı ilə məğlub olub.
QOL.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb:
"Azarkeşlərimizə təşəkkür edirəm. Məğlub olanda da komandanın yanında olurlar. Növbəti matçlarda daha yaxşı oynayıb, onların etimadını doğrultmağa çalışacağıq. Oyuna gəldikdə isə, birinci hissədə planlaşdırdıqlarımızı reallaşdıra bilmədik. Bəlkə də çempionatda ən ucuz qolları biz buraxırıq. Bu, adamı məyus edir. Daha ciddi və məsuliyyətli olmalıyıq".
Mütəxəssis qapıçı Yusif İmanovun səhvlərini etiraf edərək təhlillər aparılacağını və ölçü götürüləcəyini vurğulayıb:
"Hər oyundan əvvəl məşqçilər korpusu ilə heyət məsələsini müzakirə edirik, xüsusilə də qapıçı məşqçisi ilə fikir mübadiləsi aparırıq. Bu gün Yusif İmanovun müəyyən səhvləri oldu və o, daha məsuliyyətli davranmalıdır. “Turan Tovuz”la qarşılaşmada da oxşar epizod yaşanmışdı. Bütün məqamları detallı şəkildə təhlil edirik və müvafiq nəticələr çıxarılacaq".
A.Bağırov Ryonosuke Ohorinin gözündəki problem səbəbindən oynamadığını bildirib.
Baş məşqçi transfer məsələsinə də aydınlıq gətirib:
"Ceferson Bentonun gedişi bizim üçün ciddi itki oldu. Rüsum məsələsi hamıya məlumdur. Legioneri cəmi 3 aylıq gətirib klubu risk altına sala bilmərik. “Kəpəz” Premyer Liqada qalmaq üçün mübarizə aparır və buna inanırıq. Transferləri də real imkanlarımızı nəzərə alaraq etmişik.
Kim “Kəpəz”dən hər oyunda xal tələb edirsə, gərək reallığı da nəzərə alsın. Bu gün şərtlər ağırdır. “Neftçi” ilə “Kəpəz”in, yaxud “Sabah”la imkanları eynidirmi? Legionerə 250 min verib sadəcə liqada qalacaqsansa, bu vəsaiti düşünülmədən xərcləmək düzgün deyil. Bu, böyük riskdir. Futbolçu gəlib zədələnə bilər.
Əgər Ceferson komandada qalsaydı, bir vinger transferini planlaşdırırdıq. Onun gedişi isə başa düşməkdə çətinlik çəkdiyimiz situasiya oldu. Belə hal ilə indiyədək rastlaşmamışdım. Vitor Fejao ailəvi səbəb göstərdi, həyat yoldaşının hamilə olduğunu və övladının burada dünyaya gələ bilməyəcəyini dedi. Ona icazə verdik. Ceferson da rəsmi şəkildə müraciət etsəydi, məsələni eyni qaydada dəyərləndirərdik.
Təəssüf ki, o, icazəsiz ayrıldı və klubu çətin vəziyyətdə qoydu. Klubun ona hər hansı borcu yoxdur, bütün bonusları tam şəkildə ödənilib".
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır
Azərbaycanda ən çox azarkeş toplayan komandalar açıqlandı
UEFA Azərbaycan klublarına nə qədər maliyyə vəsaiti ayırıb?