"Kəpəz" - "Neftçi" matçında qırmızı vərəqə - Yenilənir

"Kəpəz" - "Neftçi" matçında qırmızı vərəqə - Yenilənir
PREMYER LİQA 15 Fevral 2026 / 16:00 4157
-  A +

Misli Premyer Liqasında 20-ci turun görüşləri davam edir. 

QOL.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. 

Əvvəlcə “Kəpəz” Yevlaxda “Neftçi”ni sınağa çəkir. Hazırda paytaxt klubu 27 xalla 6-cı, Gəncə təmsilçisi isə 13 xalla 11-ci pillədə qərarlaşıb. Bu komandalar arasındakı ilk dövrədəki oyunda “Neftçi” rəqibini 5:1 hesabı ilə məğlub edib. 

Digər görüşdə isə “Araz-Naxçıvan”la “Sumqayıt” üz-üzə gələcək. Bu komandaların ilk dövrədəki görüşü sumqayıtlıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda turnir cədvəlində “Sumqayıt” 30 xalla 5-ci, Naxçıvan klubu isə 27 xalla 7-cidir. 

Qeyd edək ki, tura sabah keçiriləcək ik oyunla yekun vurulacaq. 

20-ci tur

15 fevral 

14:30. "Kəpəz" - "Neftçi" - 1:3 (İkinci hissə)

Qollar: Bassala Sambu, 27 (0:1), Rauf Hüseynli, 35-pen. (1:1), Bassala Sambu, 38 (1:2), Emin Mahmudov, 40 (1:3)

Qırmızı vərəqə: Məqsəd İsayev, 72 ("Kəpəz")
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Yevlax şəhər stadionu

17:00. "Araz-Naxçıvan" - "Sumqayıt"
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Zöhrab Abbasov
"Liv Bona Dea Arena"

16 fevral 

14:30. "Şamaxı" - "Turan Tovuz"

17:00. "Qəbələ" – "Sabah" 

14 fevral 

"İmişli" - "Qarabağ" - 0:1

"Zirə" - "Karvan-Yevlax" - 1:0

 

Bombardirlər:

Coy-Lens Mikels (“Sabah”) - 9 qol
Velko Şimiç (“Sabah”) - 9 qol 

Bassalu Sambu ("Neftçi") - 9 qol
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol
Toral Bayramov (“Qarabağ”) - 7 qol
Karim Rossi ("Şamaxı") - 7 qol
Dioqo Almeyda ("İmişli") - 7 qol

Daha çox


Son xəbərlər
14.02.26  21:00

500-cü qolunu vurdu

14.02.26  20:24

Bərbad!..

topaz banner