"Kəpəz" Misli Premyer Liqasında 19-cu turu çərçivəsində "İmişli" ilə heç-heçəyə (0:0) razılaşıb.
QOL.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.
Mütəxəssis rəqib meydançasının futbol oynamağa yararsız olduğunu və "İmişli"nin fiziki oyun nümayiş etdirdiyini bildirib:
"İmişli"nin oyunlarını izləmişdik. Burada oynamağın çətin olacağını bilirdik. Meydança oynamağa imkan vermir. Rəqib də daha çox fiziki oynamağa çalışır. Uşaqlar yaxşı mübarizə apardılar. 4 gün əvvəl çətin kubok oyunumuz olub. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq və heç olmasa 1 xal qazandıq. İrəli baxacağıq. Qarşıda çətin oyunlarımız var. Mübarizə hələ ki davam edir".
A.Bağırov son günlər gündəmdə olan futbolçu Veysəl Rzayevin durumu və gecə saatlarında hadisə ilə üzləşməsi məsələsinə də aydınlıq gətirib. O, futbolçunun hazırda xəstəxanada olduğunu və hadisə ilə bağlı klub daxilində ölçü götürüləcəyini vurğulayıb:
"Veysəl hazırda palatadadır, müalicə olunur. Bu məsələlər bitdikdən sonra klub rəhbərliyi ilə söhbətimiz olacaq. Futbolçular öz evlərində qalırlar, azad vaxtları var. Gəncə balaca şəhərdir, hamıya nəzarət edirik. Yazılmayan qaydalar var. Bu, Allahın qədəri idi, belə oldu. Heç kim istəməzdi ki, belə hadisə olsun. Əlbəttə ki, ölçü götürüləcək".
Argentina millisi Avstriyaya qalib gəldi - Yenilənib
FİFA hakimləri aşağı liqaya göndərildi
Cənubi Koreya yığmasından radikal qərar
Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri oldu
Demiçelis bu klubu çalışdıracaq
"İmişli" yeni hücumçu transfer etdi
“Zirə”nin “Torpedo” ilə oyunları: harada və nə vaxt?
“Sabah” - TNS oyunlarının vaxtı açıqlandı
“Qarabağ”ın Avroliqadakı oyunlarının vaxtı müəyyənləşdi
Gənc ulduzun uğur tilsimi davam edir
İtaliya Futbol Federasiyasının yeni prezidenti bəlli oldu
Argentina - Avstriya matçının heyətləri açıqlandı
"Mançester Yunayted" yeni stadion tikir
"Ronaldo əvəzlənməyi qəbul etməlidir"
"Nə etməli olduğumuzu bilirik"
Millimizin gələcək hədəfləri müzakirə olundu
Azərbaycan millisi İngiltərəyə rəqib oldu
Qazaxıstan millisində baş məşqçi istefası
“Qarabağ”ın heyətində kimlər yer alıb? - Siyahı
Alman futbolçu üçün mundial erkən başa çatdı
Uruqvay - Kabo-Verde matçı mundialların tarixinə düşdü
Azərbaycan millisi Tacikistanla qarşılaşacaq
"Qarabağ" iki qapıçı ilə yolları ayırdı - Rəsmi