Misli Premyer Liqasının 19-cu turu çərçivəsində "Araz Naxçıvan" "Sabah"a 1:4 hesabı ilə məğlub olub.
QOL.az xəbər verir ki, "Araz Naxçıvan" klubunun baş məşqçisi Andrey Demçenko matçdan sonra oyun barədə fikirlərini bölüşüb.
Ukraynalı mütəxəssis rəqibin həm müdafiədə, həm də hücumda yaxşı təşkilatlandığını bildirib. O, komandasının ilk dəqiqələrdən rəqibə təzyiq göstərmək və hücum etmək istədiyini, lakin öz səhvləri ucbatından qapısında erkən qollar gördüyünü etiraf edib.
A.Demçenko ardıcıl qolların futbolçuların əhval-ruhiyyəsini aşağı saldığını və bənzər halın "Neftçi" ilə oyunda da yaşandığını vurğulayıb:
"Ardıcıl qollardan sonra futbolçuların əhval-ruhiyyəsi aşağı düşdü. "Neftçi" ilə oyunda da eyni hadisə olmuşdu. Bu gün futbolçularda narahatlıq göründü. Futbolda bunlar yaxşı göstərici deyil, qərar verməyə mane olur. Biz hazırda komandanın müdafiədən hücuma uğurlu çıxması üzərində çalışırıq. Vaxt lazımdır, işləyirik".
Baş məşqçi Felipe Santosun sonradan meydana daxil olaraq fərq yaratması və qol vurması, lakin yenə də ehtiyatda qalması barədə sualı da cavablandırıb:
"Bəli, bu, yaxşı nəticədir. Amma komanda oyunu tək hücumdan yox, həm də müdafiədən asılıdır. 10 futbolçunun hər biri hücumda da, müdafiədə də oynamalıdır. Bu gün bütün komanda olaraq uduzduq. Kimisə ayırmaq doğru olmazdı".
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır
Azərbaycanda ən çox azarkeş toplayan komandalar açıqlandı
UEFA Azərbaycan klublarına nə qədər maliyyə vəsaiti ayırıb?
Rövşən Nəcəf Ayxan Abbasovun işinə qiymət verdi
"O stadion təmirə bağlanır" - Cahangir Fərəcullayev
İllik gəlir 61 milyon manat olub - AFFA açıqladı
AFFA-nın Hesabat Konfransı keçirilir
Del Pyero İtaliya millisi haqda - "Bu, rüsvayçılıqdır"
AFFA-da klublar üçün seminar
Ronaldo hazırdır