"Kəpəz"dən 2-ci qol - Yenilənir

"Kəpəz"dən 2-ci qol - Yenilənir
PREMYER LİQA 24 Yanvar 2026 / 17:42 6699
-  A +

Misli Premyer Liqasında 17-ci tur davam edir.

QOL.az xəbər verir ki, 2-ci oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq yekunlaşıb.

Əvvəlcə "Şamaxı" "Qəbələ"ni qəbul edib. Görüşdə "Qəbələ" 4:0 hesabı ilə üstün olub. Bu qələbə sayəsində "Qəbələ" xallarıın sayını 11-ə çatdırıb və 10-cu pilləyə yüksəlib. 

Sözügedən komandalar arasında 1-ci dövrənin oyununda "Şamaxı" 1:0 hesablı qələbə qazanmışdı.

Günün 2-ci matçında "Qarabağ" evdə "Kəpəz"lə qarşılaşır. Bu komandaların 1-ci dövrədəki görüşündə Ağdam təmsilçisinin 1:0 hesablı qalibiyyəti qeydə alınıb.

24 yanvar (şənbə)

16:30. “Qarabağ” – “Kəpəz” - 0:2 (İkinci hissə)

Qol: Ryonosuke Ohori, 24, Ehtiram Şahverdiyev, 55
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Gülnurə Əkbərzadə, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Pərvin Talıbov
“Azersun Arena”

14:00. “Şamaxı” – “Qəbələ” - 0:4

Qollar: D.Massumo, 45 (0:1), İ.Amoah, 46 (0:2), İ.Akinade, 81 (0:3), F.İsgəndərov, 90+4 (0:4)
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Müslüm Əliyev
Şamaxı şəhər stadionu

25 yanvar (bazar) 

16:00. “Turan Tovuz” – “Sumqayıt”  

18:30. “Sabah” – “Karvan-Yevlax”

23 yanvar (cümə)

“Neftçi” – “Zirə” - 0:0 

“İmişli” – “Araz-Naxçıvan” - 2:2 

Bombardirlər:

Coy-Lens Mikels (“Sabah”) - 9 qol

Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol

Toral Bayramov (“Qarabağ”) - 7 qol

Bassalu Sambu ("Neftçi") - 6 qol

Karim Rossi ("Şamaxı") - 6 qol

Daha çox


Son xəbərlər
23.01.26  22:26

"Arsenal"dan "Marsel"ə

23.01.26  20:18

Qvardiola etiraf etdi

topaz banner