Finalda qalmaqal

Finalda qalmaqal
DÜNYA FUTBOLU 19 Yanvar 2026 / 01:40 563
-  A +

Afrika Millətlər Kubokunun final oyununda qalmaqal yaşanıb. Seneqal millisinin baş məşqçisi Pap Tiyav Mərkakeşlə qarşılaşmanın 90+8-ci dəqiqəsində qapılarına təyin olunan penaltiyə etiraz edərək komandanı meydandan çıxarıb.

QOL.az xəbər verir ki, əvvəlcə matçın 90+2-ci dəqiqəsində seneqallıların vurduğu qol qeydə alınmayıb. Referi Əşrəf Hakimiyə qarşı qayda pozuntusu olduğunu əsas gətirərək Abdullay Sekin hərəkətini qayda pozuntusu kimi qiymətləndirib. Hakimin hücumun sonunu gözləmədən fit çalması VAR-ın müdaxilə imkanını aradan qaldırıb və epizod yoxlanılmayıb. Bu qərar böyük narazılığa səbəb olub.

Seneqalın qapısına penalti təyin olunan zaman isə baş məşqçinin göstərişi ilə futbolçular meydanı tərk ediblər.

Yaranmış gərgin vəziyyətdə Seneqal millisinin lideri Sadio Mane komandaya müdaxilə edərək oyunun davam etdirilməsinə nail olub. O, paltardəyişmə otağına qaçaraq komanda yoldaşlarını geri qaytara bilib.

Bundan sonra Seneqal yığması meydana qayıdıb. Mərakeş millisinin üzvü Brahim Dias isə 90+24-cü dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib. Seneqal millisinin qapıçısı Eduar Mendi zərbəni dəf edərək hesabın dəyişməsinə imkan verməyib.

Qeyd edək ki, oyunu Konqo Demokratik Respublikasından olan baş hakim Jan-Jak Ndala Nqambo idarə edir. 

Daha çox


Son xəbərlər