Almaniyanın "Ayntraxt" klubu baş məşqçisi ilə bağlı gözlənilən radikal qərarı verib.
QOL.az xəbər verir ki, Frankfurt təmsilçisi baş məşqçi Dino Toppmöllerlə yollarını ayırıb. Bu barədə klub rəsmi məlumat yayıb.
Klub rəhbərliyi 2028-ci ilə qədər müqaviləsi qüvvədə olan 45 yaşlı mütəxəssislə işbirliyinə xitam verib. Klubun idman direktoru Markus Kröşe qərarın son həftələrdəki, xüsusilə yeni ilin ilk üç oyunundakı uğursuz nəticələrin və hərtərəfli analizin nəticəsi olduğunu bildirib:
"Biz son həftələrdəki geriləmə səbəbindən yeni idman impulsuna ehtiyacımız olduğu qənaətinə gəldik. Təəssüf ki, bu mövsüm "Ayntraxt"ın dinamik, aqressiv və kompakt futbol standartlarına kifayət qədər cavab verə bilmədik".
Məlumata görə, Frankfurt təmsilçisinin bu mövsüm ən böyük problemi müdafiə xətti olub. Komanda 18 liqa oyununda 39 qol buraxıb ki, bu da Bundesliqada hazırkı ən pis göstəricidir.
Toppmöller qərarı hörmətlə qarşıladığını, lakin komanda ilə işləməyə davam etmək istədiyini bildirib.
Qeyd edək ki, komanda müvəqqəti olaraq U-21-in baş məşqçisi Dennis Şmitt və U-19-un çalışdırıcısı Aleksandr Mayerə tapşırılıb. Əsas səlahiyyət Şmittdə olacaq. Bu isə o deməkdir ki, 21 yanvarda Çempionlar Liqası çərçivəsində Bakıda baş tutacaq "Qarabağ" - "Ayntraxt" qarşılaşmasında almanları meydana yeni məşqçi çıxaracaq.
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi
Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib
Qvardiola "Mançester Siti"dən gedir?
UEFA İtaliyanı Avro-2032 ilə hədələdi