"Qarabağ"a rəqib oldular

"Qarabağ"a rəqib oldular
ÖLKƏ FUTBOLU 14 Yanvar 2026 / 14:30 3203
-  A +

Antalyada təlim-məşqt toplanışında olan "Qarabağ"ın yoxlama oyunu keçirəcəyi daha bir rəqib bəlli olub.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qurban Qurbanovun komandası yanvarın 16-da Xorvatiya təmsilçisi "Osiyek"lə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Ağdam klubu həmin gün  Polşanın "Zaqlebye" klubu ilə də üz-üzə gələcək. Bu görüş isə 19:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni 5:0 hesabı ilə məğlub etmişdi.

Daha çox


Son xəbərlər