Makqinn dubl etdi, "Aston Villa" inamlı qələbə qazandı

Makqinn dubl etdi, "Aston Villa" inamlı qələbə qazandı
DÜNYA FUTBOLU 3 Yanvar 2026 / 18:55 1093
-  A +

İngiltərə Premyer Liqasında 20-ci turun növbəti oyunu keçirilib. "Aston Villa" doğma meydanda "Nottinqem Forest"i qəbul edib.

QOL.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 3:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.

3 yanvar

"Aston Villa" – "Nottingem Forest" - 3:1

 Qollar: C.Makqinn 49, 73, O.Uotkins, 45+1 – M.Qibbs-Uayt, 61 

Bu qələbə ilə xallarının sayını 42-yə çatdıran "Aston Villa" turnir cədvəlində 2-ci pilləyə yüksəlib. Komanda lider "Arsenal"dan 3 xal geri qalır. Ardıcıl 4-cü matçda məğlub olan "Nottinqem Forest" isə 18 xalla 17-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, növbəti mərhələdə "Aston Villa" "Kristal Pelas"la, "Nottinqem Forest" isə "Vest Hem"lə üz-üzə gələcək.


Son xəbərlər