"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov

"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
ÖLKƏ FUTBOLU 21 Dekabr 2025 / 19:53 758
-  A +

Misli Premyer Liqasının 16-cı turunda "Araz-Naxçıvan" "Şamaxı" ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

QOL.az xəbər verir ki, matçdan sonra "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov oyun barədə fikirlərini bölüşüb. Mütəxəssis məğlubiyyəti üzücü adlandırıb və sərgilədikləri oyuna görə məğlubiyyətə layiq olmadıqlarını bildirib. O, xüsusilə yaradılan çoxsaylı qol imkanlarının boşa verilməsindən gileylənib: 

"Çempionat oyununda bu qədər qol epizodu yaradaraq dəyərləndirə bilmədiyimiz matçı xatırlamıram. Təəssüf ki, son nöqtəni qoya bilmədik".

Baş məşqçi indiyə qədər toplanan xalların pis olmadığını, lakin daha yaxşı nəticə göstərə biləcəklərini qeyd edib. Baş məşqçi gənc futbolçuların performansına da toxunaraq onların etimadı tam doğrultmadıqlarını vurğulayıb:

"Bəlkə də futbolçularımızdan çox şey istəyirik. Biz onların gələcəyini düşünərək daha böyük hədəflər qoyuruq. Amma gənclərin bu qədər epizoda girib istifadə edə bilməmələri bizi üzür. Demək ki, futbolçularımız buna hələ tam hazır deyillər, özlərinə inanmaqları vacibdir".

Mütəxəssis qış fasiləsinə yollandıqlarını, bu matçda qələbə qazanaraq 6-cı pilləyə və ya daha yüksək mövqeyə qalxmaq istədiklərini, lakin bunun alınmadığını əlavə edib. Sonda mütəxəssis "Araz-Naxçıvan"ı qələbə münasibətilə təbrik edib.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...