"Düşünürdük ki, "Neftçi"də 60-65-ci dəqiqədən sonra fiziki düşüş olacaq. Ona görə də bəzi oyunçuları ehtiyatda saxladıq. Həmin futbolçular meydana girəndən sonra oyun planımız üzrə getdi".
QOL.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın məşqçisi Şahin Abdullayev Misli Premyer Liqasının 15-ci turunda "Neftçi" ilə 2:2 hesablı heç-heçəni şərh edərkən deyib.
Mütəxəssis rəqibin 60-65-ci dəqiqədən sonra fiziki baxımdan eniş yaşayacağını proqnozlaşdırdıqlarını, buna görə bəzi oyunçuları, o cümlədən Aleksandr Ramalinqomu planlı şəkildə ehtiyatda saxladıqlarını bildirib. O, Nadir Orucovu təcrübə azlığı səbəbindən start heyətinə salmağa risk etmədiklərini, lakin meydana daxil olduqdan sonra onun oyunun ən yaxşılarından biri olduğunu vurğulayıb.
O, ardıcıl üçüncü oyun "Sumqayıt"ın texniki zonasında gərginlik yaşanmasına da aydınlıq gətirib:
"Bunu sırf aqressiya kimi qiymətləndirmək düzgün olmaz. Ötən matçda köməkçi məşqçimiz qırmızı vərəqə alanda belə, aqressivlik müşahidə olunmamışdı. Rəqib futbolçular bizə tərəf irəliləmişdilər. Kollektiv şəkildə aqressiyamızın olduğunu demək düzgün deyil. Bu gün İqor Ribeyro ilə Ramalinqo oyun epizodunda mübahisə etdilər. Ehtiyat oyunçular skamyasında isə hamı sakit qaldı. Oyundan əvvəl də bütün komandaya sakit olmağı tapşırmışdıq".
Ş.Abdullayev fasilədə baş məşqçi Saşa İliçin verdiyi tapşırıqlardan da danışıb:
"Birinci hissədə çox top itirirdik və bu, əsas problemlərimizdən biri idi. Müdafiəçilərimiz dərhal uzun toplar atırdılar, halbuki bu, bizim oyun tərzimiz deyil. Baş məşqçi fasilədə tapşırdı ki, bir az topu saxlayıb oyunu sakitləşdirək. Düzünü desəm, ikinci hissənin əvvəlində bunu tam bacarmadıq. Lakin Ninkoviç meydana daxil olandan sonra oyunumuz xeyli yaxşılaşdı. O, topu saxlamağı bacarır, oyunun tempini idarə edir və 60-cı dəqiqədən sonra komandamız oyunu tam ələ ala bildi".
Mütəxəssis qapıçı seçiminin səbəbini isə belə açıqlayıb:
"Ötən turun oyunundan əvvəl Mehdi Cənnətovun boynunda ağrı vardı. O, məşqçidən xahiş etdi ki, onu oynatmasın. Komandada Xəyal da var, üçüncü qapıçımız da var, hər kəs şans qazana bilər. Xəyal isə əvvəlki matçda yaxşı təsir bağışlamışdı. Qapıçı məşqçisi ilə də danışdıqdan sonra ona şans verdik".
"Milan" qapıçısı ilə yeni müqavilə imzaladı
Benzema "Beşiktaş"a gəlir?
"Sabah" "Zirə" matçındakı 4 qol - Video
Yaxşı ki, Azərbaycandasan, Dambrauskas!
"Arsenal"dan səfərdə darmadağın
CAF prezidentindən finaldakı qalmaqala reaksiya gəldi
"Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm" - Rəşad Sadıqov
"İmişli" "Benfika" yetirməsini heyətinə qatdı - Rəsmi
"Mançester Siti"dən Türkiyə klubuna keçdi
“Şamaxı”nın səfər qələbəsi - Video
"Sabah" "Zirə"yə, "Şamaxı" "Kəpəz"ə qalib gəldi
Azarkeşlər matça gəlmədi, klub sükut içində qələbə qazandı
"Neftçi"nin yetirməsi 1-ci liqa klubunda
Millimizin üzvü Serbiya klubunda - Rəsmi
“Qarabağ”ın PSJ ilə düşməməsinə məyus oldum” - Zubir
PSJ-nin zədəli futbolçularından xəbər var
Bu mövsüm Çempionlar Liqasında 9,2 milyon avro itiriblər
"Zirə" - "Sabah": Heyətlər
Benzema Avropaya qayıda bilər
“Liverpul”da qalmaqal