“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz-Naxçıvan”a qalib gəldi

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz-Naxçıvan”a qalib gəldi
PREMYER LİQA 14 Dekabr 2025 / 19:23 14548
-  A +

Misli Premyer Liqasında 15-ci turun oyunları davam edir.

QOL.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar başa çatıb.

Əvəlcə "Kəpəz" "Qəbələ"ni qəbul edib. Yevlax şəhər stadionunda keçirilən matç "Kəpəz"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandaların ilk dövrədəki oyununda "Qəbələ" "Kəpəz"ə 3 cavabsız qolla qalib gəlmişdi.

Günün digər oyununda isə "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Komandaların ilk dövrədəki oyununda "Qarabağ" rəqibini darmadağın edib - 5:0.

14 dekabr (bazar)

17:30. “Qarabağ” – “Araz-Naxçıvan” - 5:1

Qollar: Toral Bayramov, 30 (1:0), Nəriman Axundzadə, 41 (2:0), Joni Montiel, 57-pen (3:0); Leandro Andrade, 72 (4:0), Ramon Maçado, 76-pen. (4:1), Toral Bayramov, 90+5-pen. (5:1)
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
“Azersun Arena”

14:00. “Kəpəz” – “Qəbələ” - 1:0

Qol: Ryonosuke Ohori, 54

Qırmızı vərəqə: İbrahim Sanqare, 38 ("Qəbələ")
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov 
AVAR: Emin Əliyev
Yevlax şəhər stadionu

13 dekabr (şənbə)

“Turan Tovuz” - “Sabah” - 1:3

“Şamaxı” - “Zirə” - 2:1

15 dekabr (bazar ertəsi) 

14:00. “İmişli” - “Karvan-Yevlax” 

19:00. “Neftçi” - “Sumqayıt”

Bombardirlər:
 
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 8 qol
 
Coy-Lens Mikels (“Sabah”) - 7 qol

Karim Rossi ("Şamaxı") - 6 qol
 
Toral Bayramov (“Qarabağ”) - 5 qol
 
Aleksandr Ramalinqom (“Sumqayıt”) - 5 qol
 

Daha çox


Son xəbərlər