"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsinin 5-ci turunda bu gün "Napoli" ilə qarşılaşıb.
QOL.az xəbər verir ki, Neapolda keçirilən oyun meydan sahibi komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Kristian Raggioli (4-cü dəq.) və Fransisko Barido (82) vurublar.
Qeyd edək ki, güclü leysan səbəbindən 61-ci dəqiqədə oyun dayandırılıb. Bir neçə dəqiqəlik fasilədən sonra görüşün çexiyalı baş hakimi Dominik Starı oyunun bərpa edilməsi barədə qərar verib.
Əlavə edək ki, 5 oyunun hamısında uduzan "Qarabağ" U-19 komandası 35-ci yeri tutur.
Xatırladaq ki, "Qarabağ" və "Napoli"nin əsas komandaları arasında qarşılaşmanın isə bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlaması nəzərdə tutulub. Amma daha əvvəl İtaliya mediası əsas komandalar arasındakı bu matçın əlverişsiz hava şəraitinə görə təxirə salınma ehtimalı olduğunu yazıb.
Buffon da istefa verdi
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi