“Qəbələ” “Zirə”yə qarşı, “Araz-Naxçıvan” - “Turan Tovuz”dan heç-heçə - Yenilənir

“Qəbələ” “Zirə”yə qarşı, “Araz-Naxçıvan” - “Turan Tovuz”dan heç-heçə - Yenilənir
PREMYER LİQA 22 Noyabr 2025 / 17:30 4704
-  A +

Misli Premyer Liqasında 12-ci tur davam edir.

QOL.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq yekunlaşıb.

“Araz-Naxçıvan” Sumqayıtda “Turan Tovuz”u qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Günün digər görüşündə isə “Zirə” “Qəbələ”ni sınağa çəkir. Paytaxt klubu hazırda 20 xalla turnir cədvəlində beşincidir. “Qəbələ” isə “Karvan-Yevlax”la birgə 5 xalla 11-12-ci yerləri bölüşdürür. 

22 noyabr (şənbə)

17:30. “Zirə” - “Qəbələ” - 0:0 (Birinci hissə)
Hakimlər:
Elvin Bayramov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Vüsal Məmmədov
Zirə İdman Kompleksinin stadionu

15:00. “Araz-Naxçıvan” - “Turan Tovuz” - 1:1

Qol: Ba-Muaka Simakala, 21 (1:0), Ayxan Hüseynov, 78 (1:1)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Emin Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Vüqar Həsənli
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

23 noyabr (bazar)

15:00. “Sabah” - “Şamaxı”

17:30. “Neftçi” - “İmişli”

21 noyabr (cümə)

“Karvan-Yevlax” - “Kəpəz” - 1:2

“Sumqayıt” - “Qarabağ” - 2:4

Bombardirlər: 

Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 6 qol

Coy-Lens Mikels ("Sabah") - 6 qol

Toral Bayramov ("Qarabağ") - 5 qol

Bassala Sambu ("Neftçi") - 4 qol

Aleksandr Ramalinqom ("Sumqayıt") - 4 qol

Daha çox


Son xəbərlər
21.11.25  12:10

"Yuventus"da ciddi itki