"Turnir cədvəlinə fikir vermirik" - Kurban Berdiyev

"Turnir cədvəlinə fikir vermirik" - Kurban Berdiyev
ÖLKƏ FUTBOLU 22 Noyabr 2025 / 17:28 247
-  A +

Misli Premyer Liqasının 12-ci turunda "Turan Tovuz" səfərdə "Araz-Naxçıvan"la (1:1) heç-heçəyə razılaşıb.

QOL.az xəbər verir ki, "Turan Tovuz"un çalışdırıcısı Kurban Berdiyev qarşılaşmadan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- İki fərqli hissə izlədik. İlk yarıda yaxşı oynamadıq. İkinci hissədə nisbətən daha yaxşı təsir bağışladıq. Təəssüflər olsun ki, qələbə qazana bilmədik.

- Hakimlikdən razı qaldınız?

- Tək mənə yox, digər məşqçilərə də hakimliklə bağlı suallar verirsiniz. Əgər heç nə dəyişmirsə, bu sualları vermək nəyə lazımdır?

- Komandanın ikinci pillədə olması sizi razı salır?

- Turnir cədvəlinə fikir vermirik. Oyundan-oyuna köklənirik.

Daha çox


Son xəbərlər
21.11.25  12:10

"Yuventus"da ciddi itki