U-21 millimiz Cəbəllütariqə qalib gəldi

U-21 millimiz Cəbəllütariqə qalib gəldi
ÖLKƏ FUTBOLU 19 Noyabr 2025 / 00:10 2525
-  A +

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, Rəşad Eyyubovun çalışdırdırdığı millimiz 5-ci matçında səfərdə Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Europa Point Stadium”da keçirilən görüş millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisi bundan əvvəl 2 oyunda uduzub, 2 görüşdə isə heç-heçə edib. Komanda hazırda 5 xalla 5-ci pillədədir.

 Qeyd edək ki, U-21 qrupda növbəti görüşünü 2026-cı il martın 27-də evdə Portuqaliya yığmasına qarşı keçirəcək.

18 noyabr
 
22:00.Cəbəllütariq (U-21) - Azərbaycan (U-21) - 0:1

Qol: Murad Məmmədov, 54
Baş hakim: Andrei Çivulete (Rumıniya)
“Europa Point Stadium”. 

Daha çox


Son xəbərlər