İbrahima Konate: “Komandada qalmağım hələ ki dəqiq deyil"

İbrahima Konate: “Komandada qalmağım hələ ki dəqiq deyil"
XƏBƏR 15 Noyabr 2025 / 21:17 396
-  A +

“Liverpul”un müdafiəçisi İbrahima Konate klubla müqaviləsinin yenidən uzadılması barədə yayılan məlumatlara aydınlıq gətirib. 

QOL.az xəbər verir ki, futbolçu yaxın zamanda qərarını açıqlayacağını bildirib.

“Son vaxtlar mətbuatda mənim "Liverpul"dan yeni təklif aldığım barədə çoxlu xəbərlər görmüşəm. Bilmirəm, bu məlumatlar haradan yayılıb. Menecerlərim hələ də "Liverpul"la danışıqlar aparırlar. Ümid edirəm ki, proses tezliklə yekunlaşacaq və bu haqda rəsmi açıqlama verərəm”.

Qeyd edək ki, Konate “Liverpul”da 2021-ci ilin yayından çıxış edir və onun müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Daha çox


Son xəbərlər