PSJ-nin yarımmüdafiəçisi "Liverpul"un hədəfində

PSJ-nin yarımmüdafiəçisi "Liverpul"un hədəfində
XƏBƏR 11 Noyabr 2025 / 19:45 613
-  A +

“Liverpul” PSJ-nin yarımmüdafiəçisi Vitinya ilə maraqlanır.

QOL.az xəbər verir ki, “Liverpul” yanvar transfer pəncərəsi ərəfəsində “PSJ”nin yarımmüdafiəçisi Vitinyanı yaxından izləyir. Məlumata görə, “qırmızılar” 25 yaşlı futbolçunu Avropanın ən texnikalı yarımmüdafiəçilərindən biri hesab edirlər.

Bildirilir ki, “PSJ” Vitinyanın transfer danışıqlarına yalnız 130 milyon avroluq təklif gəldiyi halda başlaya bilər. Bundan başqa, portuqaliyalı futbolçuya “Liverpul” ilə yanaşı, “Yuventus” və “Arsenal” da maraq göstərir.

Qeyd edək ki, futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.


Son xəbərlər