Azərbaycanda UEFA Pro kursunun IV mərhələsi başladı

Azərbaycanda UEFA Pro kursunun IV mərhələsi başladı
ÖLKƏ FUTBOLU 27 Oktyabr 2025 / 14:45 353
-  A +

AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun IV mərhələsinə (fitnes modul) start verilib.

QOL.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

UEFA-dan dəvət olunan Fritz Şmid tərəfindən keçirilən kursda, həmçinin AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimovda iştirak edirlər.

Qeyd edək ki, kursa oktyabrın 30-da yekun vurulacaq.

Daha çox


Son xəbərlər