“Neftçi” - “Araz Naxçıvan” oyununda 4-cü qol, “Zirə”nin ilk məğlubiyyəti - Yenilənir

“Neftçi” - “Araz Naxçıvan” oyununda 4-cü qol, “Zirə”nin ilk məğlubiyyəti - Yenilənir
PREMYER LİQA 19 Oktyabr 2025 / 19:43 7932
-  A +

Bu gün Misli Premyer Liqasında 8-ci tura yekun vurulacaq.

QOL.az xəbər verir ki, son oyun günündə 2 görüş keçirilir.

Əvvəlcə "Sabah" "Zirə"ni qəbul edib və 3:0 hesabı ilə qələbə qazanıb. Bu, cari mövsümdə Premyer Liqada uduzmayan yeganə komanda - "Zirə"nin ilk məğlubiyyəti olub.

Günün və turun son matçında isə "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edir.  "Araz-Naxçıvan" 14 xalla 4-cüdür və lider "Qarabağ"dan cəmi 2 xal geri qalır. Mövsümə uğursuz başlayan "Neftçi" isə 8 xalla 9-cu yerdədir.

19 oktyabr (bazar) 

18:30. “Neftçi” – “Araz-Naxçıvan” - 2:2 (İkinci hissə)

Qol: Vasala Sambu, 19 (1:0), Ba-Muaka Simakala, 36 (1:1), 47 (1:2), Emin Mahmudov, 55 (2:2)

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Nicat İsmayıllı
AVAR: Asiman Əzizli
“Palms Sports Arena”

16:00.“Sabah” – “Zirə” - 3:0 

Qol: Aron Maluda, 42, Velko Simiç, 45+2, 76

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
“Bank Respublika Arena”,

17 oktyabr (cümə)

“Şamaxı” - “Kəpəz” - 1:4

“Turan Tovuz” - “Qarabağ” - 1:2 

18 oktyabr (şənbə)

“Sumqayıt” - “Karvan-Yevlax” - 4:1 

“İmişli” - “Qəbələ” - 2:2

Bombardirlər: 

Ba-Muaka Simakala ("Araz-Naxıvan) - 5 qol

Coy-Lens Mikels ("Sabah") - 4 qol

Toral Bayramov ("Qarabağ") - 3 qol

Martins Juniyor ("Zirə") - 3 qol

Aleks Souza (“Turan Tovuz”) - 3 qol

Daha çox


Son xəbərlər