"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqası oyununa çıxır

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqası oyununa çıxır
XƏBƏR 1 Oktyabr 2025 / 10:44 781
-  A +

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında 2-ci tur oyununa çıxacaq.

QOL.az xəbər verir ki, Rəşad Sadiqovun komandası Bakıda "Kopenhagen"lə (Danimarka) qarşılaşacaq. "Azərsun Arena"da keçiriləcək matç saat 14:00-da başlayacaq.

"Qarabağ"ın U-19 kollektivi ilk turda səfərdə "Benfika" ilə üz-üzə gəlib. Bu görüşdə Portuqaliya klubu 7:1 hesablı qələbə qazanıb. Həmin turda "Kopenhagen" evdə Almaniya "Bayer"inə 0:2 hesabı ilə uduzub. 

Qeyd edək ki, 1 oyundan sonra 0 xalı olan "Qarabağ" U-19 komandası 32-ci, "Kopenhagen" isə 1 xalla 27-ci yeri tutur.

Daha çox


Son xəbərlər