"Barselona" PSJ ilə hansı stadionda oynayacaq?

"Barselona" PSJ ilə hansı stadionda oynayacaq?
DÜNYA FUTBOLU 19 Sentyabr 2025 / 14:36 851
-  A +

“Barselona”nın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda ev oyununu hansı stadionda keçirəcəyi bəlli olub.

QOL.az xəbər verir ki, klub bununla bağlı rəsmi açıqlama yayıb.

Kataloniyalılar oktyabrın 1-də PSJ ilə Luis Kompanis adına Olimpiya  stadionunda qarşılaşacaq.

Klubun açıqlamasında hazırda “Kamp Nou”nun açılması üçün lazım olan inzibati icazələrin alınması ilə bağlı işlər getdiyi bildirilib.

Xatırladaq ki, iyunun 25-də “Barselona” “Kamp Nou”ya qayıdacağını elan etmişdi. Son iki mövsümdə komanda Luis Kompanis adına Olimpiya stadionunda çıxış edir.


Son xəbərlər