Millimiz Farer adalarına qarşı

Millimiz Farer adalarına qarşı
ÖLKƏ FUTBOLU 6 Sentyabr 2025 / 13:00 631
-  A +

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində ikinci oyununa çıxacaq.

QOL.az xəbər verir ki, yığmamız Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. “Çatez” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.

Qeyd edək ki, millimiz ilk matçda İslandiya seçməsi üzərində 2:1 hesablı qələbə qazanıb.

Daha çox


Son xəbərlər
05.09.25  15:55

"Benfika"da ayrılıq