DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.
QOL.az xəbər verir ki, Argentina millisi Venesualanı qəbul edib. Lionel Messinin dubl etdiyi görüşdə meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.
Argentina millisi mundiala lider kimi yollanacaq. Kolumbiya, Paraqvay və Ekvador isə ötən gecə keçirilən oyunlardan sonra DÇ-2026-nın final mərhələsində iştirak hüququ qazanıb. 7-ci yerdə qərarlaşan Venesuela isə qitələrarası pley-offda mübarizə aparacaq. Boliviya 1 xal geri qalaraq şansını saxlayır. Peru və Çilinin isə şansı qalmayıb.
Daha əvvəl Cənubi Amerikadan Argentina, Braziliya və Uruqvay mundila vəsiqə qazanmışdı.
Argentina - Venesuela - 3:0
Qollar: Messi, 39, 80, Martinez, 76
Braziliya – Çili - 3:0
Qollar: Estevao, 38, Lukas Paketa, 72, Bruno Qimaraeş, 73
Uruqvay – Peru - 3:0
Qollar: Aqirre,14, Arraskaeta, 58, Vinyas, 80
Kolumbiya – Boliviya - 3:0
Qollar: Xames Rodriqes, 31, Kordoba, 74, Kintero, 83
Paraqvay – Ekvador - 0:0
"Turan Tovuz"un "Qəbələ" üzərində qələbəsindən - Video
"Milli komandada yerli baş məşqçi işləsə, daha yaxşı olar"
"Gözlədiyimiz kimi ağır oyun oldu" - Kurban Berdıyev
"İmişli" - "Sumqayıt" matçından - Video
"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi
"Komandamla qürur duyuram" - "İmişli"nin baş məşqçisi
“İmişli”yə texniki məğlubiyyət veriləcək
“Qarabağ”ın 4 oyunu İTV-də
"Turan Tovuz" - "Qəbələ": Heyətlər
Flik İspaniya millisinə gileyləndi