“Qarabağ” "Şkendiya"ya qalib gəldi 

“Qarabağ” "Şkendiya"ya qalib gəldi 
ÖLKƏ FUTBOLU 5 Avqust 2025 / 23:56 7062
-  A +

Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunlarına start verilib. 

QOL.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” səfərdə “Şkendiya” ilə üz-üzə gəlib. Skopyedə, 26 yaşında avtomobil qəzasında dünyasını dəyişən müğənni Toşe Proeskinin adını daşıyan stadionda keçirilən görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçı Slovakiyadan olan hakimlər briqadası idarə edib. 

Tərəflər arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 

“Qarabağ” - “Şkendiya” cütünün güclüsü Çempionlar Liqasının pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub tərəf isə Avroliqanın pley-offunda həmin cütdə uduzan tərəflə qarşılaşacaq. 

UEFA Çempionlar Liqası

3-cü mərhələ, ilk oyun

5 avqust

22:00. “Şkendiya” (Şimali Makedoniya) - “Qarabağ” (Azərbaycan) - 0:1

Qol: Toral Bayramov, 18 - pen.

Hakimlər: İvan Kruzliaka, Branislav Hançko, Yan Pozor, Peter Kraloviç

VAR: Mixal Oçenaşa

AVAR: Boris Marhefkaya 

(Hakimlər briqadası Slovakiyadandır)

Skopye, “Toşe Proeski” stadionu

Daha çox


Son xəbərlər