"Sabah" "Petrokub"a qalib gəldi

"Sabah" "Petrokub"a qalib gəldi
KONFRANS LİQASI 24 İyul 2025 / 22:58 11750
-  A +

Azərbaycan təmsilçisi "Sabah" bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyuna çıxıb.

QOL.az xəbər verir ki, Valdas Dambrauskasın komandası səfərdə Moldova "Petrokub"u ilə üz-üzə gəlib. Matç Bakı təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, klublarımız avrokubokların 2-ci təsnifat mərhələsində uğurlu çıxışla yadda qalıblar. Ötən gün "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İrlandiyada "Şelburn"a qalib gəlibsə (3:0), "Zİrə" Bakıda "Hayduk"la (Xorvatiya) heç-heçə (1:1) edib. Bu gün isə digər təmsilçimiz "Araz-Naxçıvan" Konfrans Liqasında "Aris"i (Yunanıstan) Bakıda üstələyib - 2:1.

"Sabah"la "Petrokub" arasında cavab qarşılaşması iyulun 31-də "Bank Respublika Arena"da keçiriləcək və saat 20:00-da start götürəcək.

Cütün qalibi Avropa Liqasının "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün məğlubu ilə görüşəcək.

Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar

24 iyul

21:00. "Petrokub" (Moldova) - "Sabah" (Azərbaycan) - 0:2

Qollar: Pavol Şafranko, 82; Kahim Parris, 90+1

Hakimlər: Qal Leiboviç, Omer Barbiro, Yossi Babayoff, Dekel Zino (İsrail)

"Zimbru" stadionu

Daha çox


Son xəbərlər
24.07.25  12:54

"Barselona"dan "Roma"ya