Finlandiyanın HİK komandası UEFA Konfrans Liqasının 1-ci mərhələsində əla nəticəyə imza atıb.
QOL.az xəbər verir ki, Helsinki təmsilçisi cavab matçında ilk görüşdə 0:4 hesabı ilə uduzduğu Farer adalarının "Runavik" komandasını qəbul edib.
İlk matçdakı bu böyük fərqli üstünlüyə görə ada klubu cütün favoriti sayılırdı. Amma necə deyərlər, sən saydığını say, gör HİK nə sayır..
Matçın 15-ci dəqiqəsində "Runavik"in müdafiəçisi Fabian Ness qırmızı vərəqə alaraq meydandan qovulub. Bundan 3 dəqiqə sonra - 18-ci dəqiqədə Lukas Linqman HİK-in ilk qolunu vurub. İkinci hissədə isə meydan sahibi komandanın qolları sel kimi axmağa başlayıb.
53-cü dəqiqədə Aleksandr Rinq 2-ci, 79-cu dəqiqədə Santerri Hostikka 3-cü qolu vurub.
Lakin daha dramatik anlar matçın sonlarında yaşanıb.Qiorqos Andzulas 90+4-cü dəqiqədə hesabı 4:0 edib.
Daha sonra əlavə vaxt təyin edilib. 93-cü dəqiqədə isə Hostikka yekun hesabı müəyyənləşdirib - 5:0.
Beləliklə, HİK ilk matçdakı 0:4 hesablı məğlubiyyətə baxmayaraq, cavab görüşündə inanılmaz geridönüş edərək ikinci mərhələyə adlayıb.
İkinci raundda Finlandiya təmsilçisi Bolqarıstanın "Arda" komandası ilə qarşılaşacaq.
"Barselona" peşmandır
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi
Özbəklər bu göstəricidə "birinci" oldu
O da viza ala bilmədi, matçı buraxacaq
İspaniya klubunda yeni baş məşqçi
Çexiya - CAR: Heyətlər
"Bavariya" "Real"ı geridə qoydu
Mundialın rəmzi komandasında kimlər var?
"İnter"dən Kivu qərarı