Messi 5-ci dəfə MLS-in ən yaxşısı seçildi

Messi 5-ci dəfə MLS-in ən yaxşısı seçildi
XƏBƏR 21 İyul 2025 / 11:04 605
-  A +

"İnter Mayami"nin hücumçusu və kapitanı Lionel Messi hazırkı MLS mövsümündə 5-ci dəfə ən yaxşı futbolçusu adına layiq görülüb. 

QOL.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.

38 yaşlı argentinalı futbolçu 19 iyul tarixində "Nyu-York Red Bullz"la görüşdə (5:1) dubl edib və iki qolun ötürməsi verib. Bu, Messinin son 7 oyunda altıncı dublu olub.

Messi hazırda 18 matçda 18 qolla MLS-in bombardirlər siyahısına başçılıq edir. 2023-cü ildə "İnter Mayami"yə keçdikdən sonra bütün turnirlərdə 68 oyuna çıxan hücumçu 58 qol vurub, 26 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2025-ci ilin sonuna qədər qüvvədədir.


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer