"Araz-Naxçıvan" "Trabzonspor"a qarşı

"Araz-Naxçıvan" "Trabzonspor"a qarşı
ÖLKƏ FUTBOLU 17 İyul 2025 / 09:57 1047
-  A +

Türkiyədə təlim-məşq toplanışında olan “Araz-Naxçıvan” bu gün sonuncu yoxlama matçına çıxacaq. 

QOL.az xəbər verir ki, Elmar Baxşıyevin komandası yerli "Trabzonspor"la qarşılaşacaq. 

Superliqa təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Naxçıvan təmsilçisi bunadək Türkiyə Həvəskar Liqa təmsilçisi "Bayburtspor"a 14:0 hesabı ilə qalib gəlib, Superliqa təmsilçiləri "Alanyaspor"la 0:0 hesablı heç-heçə edib, "Konyaspor"da uduzub - 1:2.

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə keçiriləcək.


Son xəbərlər