"Sabah" Avropa Liqasında mübarizəni dayandırdı

"Sabah" Avropa Liqasında mübarizəni dayandırdı
AVROKUBOKLAR 18 İyul 2025 / 00:37 10537
-  A +

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.

QOL.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" da mərhələnin cavab matçına çıxıb.

Ölkə kubokunun qalibi səfərdə "Çelye"nin qonağı olub. Bakıda keçirilən ilk görüşdə Sloveniya təmsilçisi 3:2 hesabı ilə qalib gəldiyindən "Sabah"ı səfərdə çətin sınaq gözləyirdi. Görüş 3:3 hesabı ilə başa çatıb və "Sabah" Avropa Liqası ilə erkən vidalaşıb. Komanda  yoluna Konfrans Liqasında davam edəcək və 2-ci mərhələdə "Petrokub" (Moldova) ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun iyulun 24-də Moldovada, cavab matçı isə iyulun 31-də Bakıda keçiriləcək.

17 iyul

UEFA Avropa Liqası

1-ci təsnifat mərhələsinin cavab oyunu

22:00.“Çelye” (Sloveniya) – “Sabah” (Azərbaycan) - 3:3 

Qollar: Coy-Lens Mikels, 9 (0:1), Kovaçeviç, 19 - pen. (1:1), Vuklişeviç, 49 (2:1), Coy-Lens Mikels, 63 (2:2), 66 (2:3), Nikitoa Losifov, 108 (3:3)

İlk oyun - 3:2
Hakimlər:
 Draqomir Draqanov, Xristo Haciyski, Krasimir Atanasov, Martin Jivkov Velikov (Bolqarıstan)
“Selye” stadionu


Son xəbərlər