"Zirə" növbəti oyununa çıxır

"Zirə" növbəti oyununa çıxır
ÖLKƏ FUTBOLU 16 İyul 2025 / 11:43 1007
-  A +

"Zirə" bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxacaq.

QOL.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Türkiyə 1-ci liqaası təmsilçisi "Pendik"lə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. 

"Zirə" bunadək 4 yoxlama görüşündə qüvvəsini sınayıb. Rəşad Sadıqovun komandası Bakıda "Qarabağ"a uduzub (0:4), Türkiyədə isə “Ankara Keçiörengücü”nə (2:1), “Əl-Hüseyin”ə (1:0) və “Çorum”a (2:0) qalib gəlib.

Qeyd edək ki, “Zirə” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da Bakıda, cavab görüşü isə 31-də, saat 23:00-da “Polyud Stadium”da keçiriləcək.


Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi