"Sabah" "Çelye"yə məğlub oldu

"Sabah" "Çelye"yə məğlub oldu
AVROKUBOKLAR 10 İyul 2025 / 21:56 11184
-  A +

"Sabah" bu gün Avropa Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayıb.

QOL.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində evdə "Çelye" (Sloveniya) ilə qarşılaşıb. “Bank Respublika Arena”da keçirilən matçda Masazır təmsilçisi birinci hissədə hesabda irəlidə olsa da, fasilədən sonra buraxdığı qollarla uduzub - 2:3. Sloveniya təmsilçisi qələbə qolunu 90+3-cü dəqiqədə vurub.

Görüşü Qazaxıstandan olan hakimlər briqadası idarə edib. 

Bu komandalar arasında cavab oyunu isə iyulun 17-də Sloveniyada olacaq. 

İki matçın cəmində üstün olan tərəf 2-ci turda  AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə yoluna Konfrans Liqasında davam edəcək və "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar

10 iyul

20:00. "Sabah" (Azərbaycan) - "Çelye" (Sloveniya) - 2:3 

Qol: Pavol Şafranko, 3 (1:0); Franko Kovaçeviç, 7 (1:1); Pavol Şafranko, 18 - pen. (2:1); Franko Kovaçeviç, 48 (2:2); Hrka, 90+3 (2:3)

Hakimlər: Daniyar Saxi, Samat Terqeussizov, Sergey Klaçyo, Saken Baiymbet (Qazaxıstan)

“Bank Respublika Arena”

Daha çox


Son xəbərlər