"Qalatasaray" 34-cü prezidentini seçir

"Qalatasaray" 34-cü prezidentini seçir
DÜNYA FUTBOLU 14 May 2011 / 01:02 2274
-  A +

Bu gün Türkiyənin "Qalatasaray" klubu yeni prezidentini seçəcək. Qol.Az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 12:00-da başlanacaq fövqəladə seçki konqresində prezidentlik uğrunda mübarizə 3 namizəd arasında gedəcək.

Mehmet Helvacı, Ünal Aysal və Turqay Kıran "sarı-qırmızı" klubun 34-cü prezidenti ola bilmək üçün yarışacaqlar. Konqres üzvləri seçkidə Mehmet Helvacı üçün qırmızı, Ünal Aysal üçün sarı, Turqay Kıran üçün boz rəngli səsvermə qutularından yararlanacaqlar. Yeni klub nizamnaməsinə əsasən, "Qalatasaray"ın yeni rəhbəri 3 il müddətinə seçiləcək. Əvvəllər bu müddət 2 illik idi.

Səsvermədə klubun 11000 üzvündən 6988-i səsvermə hüququna sahib olacaq. Onlar Bakı vaxtı ilə saat 17:00-dək 24 seçki qutusunda səs verəcəklər.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq