Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə Bakıda keçiriləcək dünya çempionatına həsr olunan “Legends Cup”da “Neftçi 2000-lər”lə görüşdə “Premyer Liqa məşqçiləri”nin heyətində meydana çıxan Qurban Qurbanov təəssüratlarını bölüşüb.
QOL.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi jurnalistlərə açıqlamasında oyunun maraqlı keçdiyini bildirib:
“Çoxdandır belə bir şəraitdə, bu cür atmosferdə oynamamışdım. Düzdür, bir qədər ağır idi. Çünki formamızdan uzağıq. Bununla belə, futbolçuların ustalığını gördük. Çoxdan görmədiyim veteranları gördüm, zarafatlaşdıq, keçmiş günləri xatırladıq. Hamı üçün maraqlı oyun oldu”.

“Qarabağ”ın baş məşqçisi olsa da, Qurban Qurbanov da “Neftçi”nin 2000-lərdəki əfsanələrindəndir. Görəsən, təcrübəli mütəxəssis “Premyer Liqa məşqçiləri”nin deyil, “Neftçi 2000-lər”in heyətində oynamaq istəyərdimi? “Mən “Neftçi”dən oynamaq istəyərdim. Bəlkə də hər hissə bir komandanın formasını geyinmək olardı. Lakin sistem belə qurulmuşdu. Bizim komandanın heyəti Premyer Liqa klublarının məşqçilərindən formalaşmışdı. Ümumi götürdükdə, ciddi fərqi yoxdur. Hamımız Azərbaycan Minifutbol Federasiyasına, Orxan Məmmədova dəstək üçün gəlmişik. Hər şey super alındı”.
"Qəbələ"də ayrılıq
"Neftçi" "Kayrat"a qarşı
PSJ superkuboku qazandı
İngiltərəli futbolçu yeni antirekorda imza atdı
Bundesliqa matçı təxirə salına bilər
Bonuslar ödənməsə, milli final oyununa çıxmayacaq
"Tottenhem"in futbolçusu sıradan çıxdı
Əfsanəvi futbolçu vəfat etdi
"Beşiktaş" onu da göndərdi
Premyer Liqanın ən yaxşı məşqçisi kim olacaq?
Sabiq "Fənərbaxça"lı qapıçı doğma klubuna qayıtdı
DÇ-də ofsaydlara güzəşt tətbiq olunmayacaq
Kadidən “qayıtdım” mesajı - Video
"Real" superkubok matçına itki ilə çıxa bilər
1-ci liqada 10 oyunun vaxtı açıqlandı
Ramil Quliyevə “Fənərbaxça”da vəzifə verildi
Xabi Alonsodan Vinisius Junior açıqlaması
Azərbaycan çempionatının finalında iki qardaş üz-üzə
Balotelli bu klubla müqavilə imzaladı
"Barselona"dan rekord göstərici
“Bavariya”dan “Sauthempton”a - Rəsmi