Mahir Emrelidən “Nürnberq”ə het-trikli vida

Mahir Emrelidən “Nürnberq”ə het-trikli vida
XƏBƏR 18 May 2025 / 19:26 8143
-  A +

Bu gün Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Nürnberq" Almaniyanın 2-ci Bundesliqasında sonuncu - 34-cü tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda səfərdə "Ayntraxt Braunşvayq"la qarşılaşıb.

Mahir də bu matçda iştirak edib. O, oyuna start heyətdə başlayıb. 

Emreli mövsümün sonunda komandanı tərk edəcəyinə görə, bugünkü matç onun "Nürnberq"də son oyunu olub. Bu matç onun üçün uğurlu olub.

Emreli 10-cu dəqiqədə hesabı açıb. O, 20-ci dəqiqədə komandasının 2-ci, 45+1-ci dəqiqədə isə 3-cü qolunu vurub. O, 20-ci dəqiqədə həm də sarı vərəqə alıb. Komandası isə 4:1 hesabı ilə qalib gəlib və mövsümü 48 xalla 10-cu yerdə başa vurub.

Qeyd edək ki, M.Emreli bu matç da daxil olmaqla 2-ci Bundesliqada 24 oyuna 10 qol vurub. O, əlavə olaraq kubokda da bir matçda fərqlənib. Beləliklə, azərbaycanlı futbolçu Almaniyada mövsümü 11 qolla yekunlaşdırıb.


Son xəbərlər
17.05.25  15:18

Ronaldo yeni klub alır