"Qarabağ" bu gün mükafatlandırılacaq

"Qarabağ" bu gün mükafatlandırılacaq
ÖLKƏ FUTBOLU 18 May 2025 / 12:39 1362
-  A +

Bu gün Misli Premyer Liqasının 36-cı turunun  "Qarabağ" - "Kəpəz" oyunundan sonra mükafatlandırılma mərasimi keçiriləcək.

QOL.az xəbər verir ki, "Azersun Arena"da olacaq mərasimdə mövsümün qalibi  "Qarabağ"a AFFA və PFL rəhbərliyi tərəfindən çempionluq kuboku və qızıl medallar təqdim ediləcək.

"Qarabağ" - "Kəpəz" oyunu saat 19:00-da başlayacaq. Ağdam klubunun yaydığı açıqlamada matç üçün 2500 bilet satıldığı bildirilib. Biletlər sektorlardan asılı olaraq 3, 7 və 15 manatdır. 

Qeyd edək ki, "Zirə" mövsümü  gümüş, "Araz-Naxçıvan" isə bürünc medalçı kimi bitirib.

Xatırladaq ki, "Qarabağ" tarixində 12-ci dəfə çempionluq kubokunu başı üzərinə qaldıracaq. 

Daha çox


Son xəbərlər
17.05.25  15:18

Ronaldo yeni klub alır