Mahir Emreli "Nürnberq"dən ayrılır - Rəsmi

Mahir Emreli "Nürnberq"dən ayrılır - Rəsmi
ÖLKƏ FUTBOLU 6 May 2025 / 16:52 6010
-  A +

Almaniyanın “Nürnberq” klubu Mahir Emreli ilə bağlı qərarını açıqlayıb.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin hücumçusu mövsümün sonunda 2-ci Bundesliqa təmsilçisindən ayrılacaq.

Mahirlə başa çatan müqavilə uzadılmayacaq. Tərəflərin bununla bağlı razılığa gəldiyi bildirilib.

Qeyd edək ki, Mahir Emreli ötən ilin yayında "Nürnberq"ə keçib. O, cari mövsüm Almaniya təmsilçisinin heyətində bütün turnirlərdə 23 oyuna çıxaraq 8 qol vurub və 1 qolun ötürməsini verib.

Daha çox


Son xəbərlər
05.05.25  17:37

Kloppun Fabreqas planı