Bu gün İstanbul derbisi var

Bu gün İstanbul derbisi var
DÜNYA FUTBOLU 4 May 2025 / 12:54 1611
-  A +

Türkiyə Superliqasında 34-cü turun oyunları davam edir.

QOL.az xəbər verir ki, bu gün turun mərkəzi matçı əzəli rəqiblər "Fənərbaxça" ilə "Beşiktaş" üz-üzə gələcək.

"Şükrü Saracoğlu" stadionunda keçiriləcək İstanbul derbisi Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

4 may

Türkiyə Superliqası, 34-cü tur

20:00."Fənərbaxça" - "Beşiktaş"

Hazırda "Fənərbaxça" 75 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider "Qalatasaray"dan 8 xal geri qalır. 52 xalı olan "Beşiktaş" isə 4-cü yerdədir.


Son xəbərlər
03.05.25  18:57

"Real"da növbəti itki

03.05.25  09:00

"Real"dan gedir