"Nəticə çox yaxşıdır. Amma eyni zamanda biz bunu düzgün dəyərləndirməliyik".
QOL.az xəbər verir ki, bu sözləri "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim Avropa Liqasının yarımfinal mərhələsinin "Atletik"lə ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
O, 3:0 hesabı ilə qalib gəldikləri səfər matçını belə dəyərləndirib: "Oyunun əvvəlində çox çətin anlar yaşadıq. Rəqibin azlıqda qalması matçın gedişatını dəyişdi. Bir epizoda görə istənilən oyun dəyişə bilər. Amma hələ heç nə bitməyib. Rəqib də "Old Trafford"da da eyni şeyi edə bilər. Əlbəttə, bizim üstünlüyümüz var. Bəli, cavab matçında azarkeşlərimiz də bizimlə olacaq, amma istənilən nəticə ola bilər".
Qeyd edək ki, komandalar arasında cavab matçı mayın 8-də "Old Trafford"da olacaq.
Əlavə edək ki, "Mançseter Yunayted" bu mövsüm avrokuboklarda uduzmayan yeganə komandadır.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası