"Beşiktaş" Türkiyə Kubokunu qazandı

"Beşiktaş" Türkiyə Kubokunu qazandı
DÜNYA FUTBOLU 12 May 2011 / 00:51 2856
-  A +

"Beşiktaş" klubu tarixində 9-cu dəfə Türkiyə Kubokunu qazanıb. Qol.Az-ın məlumatına görə, "qara qartallar" finalda "İstanbul BB"ni penaltilər seriyasında məğlubiyyətə uğradıb - 6:5.
 
Kayseridəki "Kadir Has" stadionunda keçirilmiş görüşün əsas vaxtı 2:2 hesablı heç-heçə ilə nəticələnib. Əlavə 30 dəqiqəlik bölümdə komandalardan heç biri fərqlənə bilməyib. Penaltilər seriyasında "İstanbul BB"nin 2 zərbəsi boşa çıxdığı halda, "Beşiktaş"ın yalnız 1 zərbəsi qeyri-dəqiq alınıb. Beləliklə, "Beşiktaş" bir illik aradan sonra yenidən ölkə kubokunu başı üzərinə qaldırıb.

Görüşü izləyənlər arasında Türkiyə prezidenti Abdullah Gül də olub. "Beşiktaş" azarkeşi kimi tanınan Gül kuboku sevimli komandasına təqdim edib. Hazırda Superliqada 6-cı pillədə olan "qara-qartallar" bu qələbə sayəsində Avropa Liqasına vəsiqə qazanıblar.

"Beşiktaş" - "İstanbul BB" - 6:5 (əsas vaxt - 2:2, penaltilərlə - 4:3)
Qollar:
Rikardu Kuarejma, 33 (1:0). İbrahim Akın, 53-pen. (1:1), Gökhan Ünal, 68 (1:2). Tomaş Sivok, 78 (2:2).

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu