Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı davam edir.
QOL.az xəbər verir ki, bu gün Azərbaycanın daha beş cüdoçusu mübarizəyə qoşulub.
Zelim Tçkayev (81 kq) 1/16 finalda Orelyen Bonferroni (İsveçrə) ilə güləşib. Qələbə qazanan cüdoçumuz ardınca Dorin Qotonoaqa (Moldova) və Antonio Esposito (İtaliya) ilə duellərdən qalib ayrılıb. O, yarımfinalda Tato Qriqalaşvili (Gürcüstan) ilə bacarmayıb. Tçkayev bürünc medal uğrunda Petru Pelivanla (Moldova) üz-üzə gəlib.
İdmançımız rəqibini məğlub edərək bürünc medalın sahibi olub. Bu, ölkəmiz üçün sözügedən çempionatda üçüncü uğurdur.
Ömər Rəcəbli (81 kq) 1/16 finalda Eetu İhanamakini (Finlandiya) məğlub edib.
Murad Fətiyev (90 kq) 1/16 finalda Aleksandr Sidoriklə (IJF) qarşılaşıb və inamlı qələbə qazanıb. Yığma üzvü 1/8 finalda İslam Soqenovla (Serbiya) münasibətinə aydınlıq gətirib. Rəqibini məğlub edən Fətiyev növbəti görüşündə Luka Maysuradzeni (Gürcüstan) də üstələyib. O, yarımfinalda Kristian Parlati (İtaliya) ilə görüşdə uğurlu seriyanı davam etdirə bilməyib.
Məğlub olan cüdoçumuz bürünc medal uğrunda Aleksis Matye (Fransa) ilə yarışıb. Fətiyev də rəqibini məğlub edərək növbəti bürünc medalçımız olub. Beləliklə, ölkəmiz turnirdəki medalların sayını dördə çatdırıb.
Qadınların yarışında Günel Həsənli (70 kq) 1/32 finalda Anna Oleynik-Korniyenkoya (Ukrayna), Südabə Ağayeva (70 kq) isə Adelina Novitskiyə (İsrail) uduzub.
Qeyd edək ki, yarışda hələlik Əhməd Yusifovla (60 kq) Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb. Avropa çempionatına aprelin 27-də yekun vurulacaq.
Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıblar.
Əlavə edək ki, Azərbaycan yığması Avropa çempionatında həm fərdi idmançılarla, həm də komandalar üzrə mübarizə aparır. Ölkəmizi 12 çəki dərəcəsində ümumilikdə 9-u kişi, 6-sı qadın olmaqla 15 cüdoçu təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında çıxış edəcək.
“Beşiktaş”dan darmadağın
"Qəbələ"nin son dəqiqə qolu - Video
Tovuzda Martins vurdu, Konate cavab verdi - Video
"Məncə, 2 xal itirən biz olduq" - Ayxan Abbasov
Yunis Hüseynov özlərini günahlandırır
Bu da “Qəbələ”nin çempionluq sevinci - Video
"Turan Tovuz" "Şamaxı" ilə bərabərə qaldı
Türkiyə kubokunda final matçının məkanı dəyişdirildi
Cüdoçularımızdan 4-cü medal - Avropa çempionatı
"Trabzonspor" UEFA Gənclər Liqasının finalına yüksəldi
Prezidentdən Milli mətbuatın 150 illiyi ilə bağlı Sərəncam
"Turan Tovuz" - "Şamaxı": Heyətlər
Sandro Vaqner Almaniya millisindən ayrılacaq
Kubokda finalın nominal meydan sahibi məlum oldu
25-ci turun bütün oyunları eyni saatda başlayacaq
Müller daha bir klubun hədəfində
"Real" Arda Güleri bu kluba təklif etdi
"El-Klassiko"nu buraxacaqlar
“Ağdaş”ın baş məşqçisinə daha 5 oyunluq cəza
“Sabah” – “Neftçi” oyunundakı hadisələrlə bağlı qərarlar
Arda Turanın komandasında "qiyam" hazırlığı
Avrokubokların oyunları 1 dəqiqəlik sükutla başlayacaq
Ter Ştegen "Real"la oyunun iştirak ərizəsində
La Liqanı tərk edəcək ilk komanda məlum oldu
Poçettino "Tottenhem"ə qayıdır
Həkim vəfat etdi, A seriyasının oyunu təxirə salındı
"İnter Mayami"dən məğlubiyyət
Viktor Valdes yenidən baş məşqçi oldu
"Trabzonspor" finalda
La Liqada ən yaxşısı açıqlandı
Araz Abdullayev dubl etdi, komandası qələbə qazandı - Video
"Qarabağ" - Benzia danışıqlarında son durum
Klopp Anrinin namizədliyini dəstəklədi
Yığmamız Millətlər Liqasındakı ilk oyununda qələbə qazandı
"Mingəçevir"dən darmadağın, "Difai"dən məğlubiyyət
Belarus Avropa çempionatına buraxılacaqmı?
"Azərreyl" Azərbaycan Yüksək Liqasının çempionu oldu
Misli Premyer Liqasında 32-ci turun hakimləri
“Qarabağ”ı xüsusi rəqib kimi görmürəm" - Qara Qarayev
"Sabah" - "Neftçi" matçında rekord qeydə alındı