Qalmaqallı İstanbul derbisində "Beşiktaş" qazandı

Qalmaqallı İstanbul derbisində "Beşiktaş" qazandı
DÜNYA FUTBOLU 30 Mart 2025 / 00:10 4975
-  A +

Türkiyə Superliqasında 29-cu turun oyunları davam edir.

QOL.az xəbər verir ki, bu gün İstanbul derbisi keçirilib. Lider "Qalatasaray" səfərdə "Beşiktaş"ın qonağı olub. Matçda "Beşiktaş" 2:1 hesablı qələbə qazanıb.

Qarşılaşmanı türkiyəli referi Yasin Kol idarə edib.

Görüşdə qalmaqal da yaşanıb. Belə ki, matçın 69-cu dəqiqəsində "Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz və "Beşiktaş"dan Artur Masuaku arasında gərginlik yaranıb. Digər oyunçular da mübahisəyə daxil olublar və dava daha da böüyüb. Hakim futbolçuları sakitləşdirib, Barış və Artura sarı vərəqə göstərib.

Qeyd edək ki, hazırda "Qalatasaray" 28 oyundan 71 xalla Superliqanın lideridir. "Beşiktaş" isə 47 xalla (27 oyun) 4-cü yerdədir. 2-ci yeri tutan “Fənərbaxça”nın 27 oyundan 65 xalı var.

"Beşiktaş" - "Qalatasaray" - 2:1

Qollar: Silva, 23, Fernandes, 66 - Torreyra, 45

Qırmızı vərəqələr: Kılıçsoy, 90+6 - Frankovski, 36


Son xəbərlər
31.03.25  13:15

Lukakunun "400"ü

31.03.25  12:37

Son 7 mövsümdə ilk