Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.
QOL.az xəbər verir ki, ilk gündə 4 matç keçiriləcək. Bununla da 1/4 finalın ilk iştirakçıları müəyyənləşəcək.
"Barselona" "Benfika"nı qəbul edəcək (ilk matç - 1:0).
"Liverpul" PSJ ilə bu dəfə "Enfild"də qarşılaşacaq (ilk görüş - 1:0).
"İnter" "Feyenoord"u İtaliyada sınağa çəkəcək (ilk oyun - 2:0).
Günün maraqla gözlənilən matçlarından biri də Almaniyada keçiriləcək. "Bavariya" ilk oyunda 3:0 hesabı ilə qalib gəldiyi "Bayer"in qonağı olacaq.
1/8 finalın digər cavab qarşılaşmaları isə sabah oynanılacaq.
Çempionlar Liqası, 1/8 final, cavab oyunları
11 mart
21:45. “Barselona” (İspaniya) - “Benfika” (Portuqaliya)
İlk oyun - 1:0.
00:00. “Liverpul” (İngiltərə) - PSJ (Fransa)
İlk oyun - 1:0.
00:00. “İnter” (İtaliya) - “Feyenoord” (Niderland)
İlk oyun - 2:0.
00:00. “Bayer” (Almaniya) - “Bavariya” (Almaniya)
İlk oyun - 0:3.
12 mart
21:45. "Lill" (Fransa) - "Borussiya" (Dortmund, Almaniya)
İlk oyun - 1:1
00:00. "Arsenal" (İngiltərə) - PSV (Niderland)
İlk oyun - 7:1
00:00. "Aston Villa" (İngiltərə) - "Brügge" (Belçika)
İlk oyun - 3:1
00:00. "Atletiko" (İspaniya) - "Real" (İspaniya)
İlk oyun - 1:2
PSJ fikrini dəyişdi
Berdıyev: “Heç-heçə ədalətli nəticədir"
“Vuruşmaq vaxtla gələcək” - Samir Abasov
"Neftçi" - "Turan Tovuz" matçından - Video
"Turan Tovuz" 10 nəfərlə "Neftçi" ilə bərabərə qaldı
"Sumqayıt"ın 3 qollu qələbəsindən - Video
"Az danışmağa başladım" - Vaqif Cavadov
AFFA Lənkəranda turnir keçirəcək