Azərbaycanın qadınlardan ibarət U-17 millisinin baş məşqçisi Nərgiz Qurbanova martın 12-18-də Bakıda təşkil olunacaq Avropa çempionatının 2-ci seçmə mərhələsinin qrup oyunları barədə danışıb.
QOL.az xəbər verir ki, o, AFFA-nın saytına açıqlamasında B Liqasının B qrupundakı ilk rəqibləri olan Lüksemburq yığmasını yaxşı tanıdıqlarını söyləyib: “İlk oyundakı rəqibimiz Lüksemburq artıq bizə tanışdır. Ötən Avropa çempionatının seçmə mərhələsində onlarla qarşılaşmışdıq. Həmin matçı təhlil etdik və səhvlərimizin üzərində işlədik. Bu dəfə daha yaxşı çıxış etməyə çalışacağıq”.
Baş məşqçi qrupun favoritini də açıqlayıb: “Bolqarıstan yığması qrupun favoritidir. Çünki onlar sonuncu dəfə A Liqasında çıxış edib, Fransa kimi komanda ilə heç-heçəyə nail olublar. Həmçinin Malta da yaxşı rəqibdir. Qrupumuzdakı hər üç matça ciddi hazırlaşmaq lazımdır. Oyunların Bakıda keçirilməsi bizim üçün əlavə stimuldur. Öz azarkeşlərimizin dəstəyi altında doğma meydanda oynamağımızın bizə müsbət təsir göstərəcəyinə inanıram”.
Qeyd edək ki, U-17 millimiz martın 12-də Lüksemburq, 15-də Bolqarıstan, 18-də isə Malta yığması ilə qarşılaşacaq. Hər üç görüş “ASCO Arena”da keçiriləcək.
“100”ün şəriki
“Sabah”ın böyük hesablı qələbəsindən - Video
"O, bu qolu vursaydı, Zidanla eyni səviyyədə tutulardı"
Baş məşqçi onun komandadan getməsinə razılıq vermədi
"Çelsi" London derbisində inamlı qələbə qazandı
Sumqayıtda vurulan qollar - Video
Argentina millisinin futbolçusu DÇ-2026-nı buraxa bilər
Emreli yenə heyətdən kənardadır
“Daha çox qol vura bilərdik” - Kurban Berdıyev
Nani Qazaxıstan klubunda - Rəsmi
Haaland "Qalatasaray"la matçda da olmayacaq?
“Kəpəz”dən 100-cü səfər qələbəsi
"Sabah" - "Karvan-Yevlax": Heyətlər
"Şamaxı"dan 30-cu böyük hesablı məğlubiyyət
Tarixin ən uzun seriyası qırıldı
"Liverpul"un Alonso ilə ilkin danışıqları müsbət nəticələnib
Sumqayıtda heyətlər açıqlandı
Tanınmış futbolçu Qazaxıstan klubunda
Rekord məbləğə transfer olundu, "Qalatasaray"a keçdi
Qolu dünyasını dəyişmiş anasına həsr etdi
"Liverpul" belə uduzdu - Video
Futbol dünyasına nümunə olacaq qarşılanma - Video
“Qarabağ”la oyunda iştirakı sual altındadır
"Napoli" braziliyalı hücumçu aldı
"Qalatasaray"ın səfər qələbəsi - Video
“Qarabağ”ın rəqibi “qara zolaq”da - “Liverpul”a nə olub?