Bu gün Misli Premyer Liqasında keçiriləcək "Şamaxı" - "Turan Tovuz" oyunu yayımlanmayacaq.
QOL.az xəbər verir ki, bu haqda telekanalın yaydığı açıqlamada bildirilir.
Məlumatda bildirilib:
“24-cü turun bu oyununu göstərə bilməməyimizə səbəb bu gün səhər Bakı-Şamaxı yolunda əlverişsiz hava şəraiti ilə bağlı yaranmış ağır vəziyyət olub. Komandalar, oyunun təşkilatçıları və digər rəsmilərin əksəriyyəti ötən gün Şamaxı şəhərinə gəliblər. "CBC Sport" isə 24 turun start görüşlərini yayımladığı üçün səfərə yalnız bu gün - fevralın 23-ü səhər saatlarında yola düşməli olub.
Lakin Şamaxı şəhərinə 97 kilometr qalmış yoldakı vəziyyət daha da ağırlaşdığından və qəza şəraiti yarandığından heyətin və texniki avadanlığın təhlükəsizliyini nəzərə alaraq geri qayıtmaq haqqında qərar qəbul olunub.
Sona qədər bu oyunun verilməsi üçün çalışdıq. Lakin bizim üçün şəxsi heyətin təhlükəsizliyi, insanların sağlamlığı və həyatı hər şeydən vacibdir. PFL, AFFA, "Şamaxı" və "Turan Tovuz" klublarına dəstək və bizimlə bu çətin anlarda daim əlaqədə olduqları və vəziyyəti anlayışla qarşıladıqları üçün minnətdarlığımızı bildiririk. Azarkeşlərdən və tamaşaçılardan bu oyunu yayımlaya bilmədiyimiz üçün üzr istəyirik”.
"Bayer"də ciddi itki
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
Sergey Milinkoviçlə müqavilə imzalandı
"Qəbələ" və "Zirə"nin əvəzedicilərindən böyükhesablı qələbə
De Brüyne "Qarabağ"a qarşı oynamayacaq
London klubu Kante ilə yeni müqavilə imzaladı
"Qızlar xarakter göstərdilər" - Siyasət Əsgərov
İqor Tudor “Yuventus”dan qovuldu
U-17 millimiz rəqibinə böyük hesabla məğlub oldu
Azərbaycan millisi Qazaxıstana yenə qalib gəldi
Vinisiusdan Yamala sərt sözlər
Azərbaycanda UEFA Pro kursunun IV mərhələsi başladı
Türkiyə klublarının Avropa qazancı
Kovaçiç “Mançester Siti”dən ayrılır?
Alvaro Karreras Yamalın driblinqinə münasibət bildirdi
İqor Tudorun “Yuventus”dakı gələcəyi sual altındadır
Azərbaycan kubokunun adı dəyişdirildi
100-cü oyun
Qvardiola: “Bu məğlubiyyət bizi daha da gücləndirəcək”