Adnan Əhmədzadə bölgə klubunu himayəsinə götürür - Sabah müqavilə bağlanır

Adnan Əhmədzadə bölgə klubunu himayəsinə götürür - Sabah müqavilə bağlanır
ÖLKƏ FUTBOLU 14 Yanvar 2025 / 14:17 6250
-  A +

Birinci liqada yarışan "Mingeçevir" klubu tərəfdaşlıq müqaviləsi imzalayacaq. İmzalanma mərasimi sabah Bakıda keçiriləcək. 

QOL.az saytına daxil olan xəbərə görə, müqaviləni imzalayacaq tərəflər "Mingəçevir" klubu ilə ASTA-dır (Azerbaijan Sport Talents Academy).

Uşaq futbolunun inkişafına dəstək məqsədilə yaradılan bu akademiya iş adamı Adnan Əhmədzadəyə bağlı qurumdur. 

Əlavə edək ki, sabahkı tədbirin təşkilatçıları sırasında Futbolun İnkişafı Fondu da var.

Bir müddətdir mediada bildirilir ki, A.Əhmədzadə "Mingəçevir" klubuna sponsor olmaq istəyir və bu məqsədlə AFFA-ya müraciət edib. 

Onu da qeyd edək ki, bir müddət əvvəl ASTA-nın maliyyə dəstəyi ilə Azərbaycanın 15 yeniyetmə futbolçusunun Barselonaya yollanaraq 4 il ərzində “Marcet” akademiyasında təlim keçəcəyinə dair xəbərlər yayılmışdı.

Əhmədzadə futbol ulduzu Lionel Messi ilə yaxınlığı ilə tanınır. Ötən ay Argentina millisinin kapitanı məhz onun təşkilatçılığı ilə Bakıya səfər etmişdi.

Adnan Əhmədzadə uzun illər SOCAR-ın müxtəlif departamentlərində mühüm vəzifələr tutub. Bu qurumda investisiyalar və marketinq üzrə vitse-prezidenti müavini vəzifəsinədək yüksəlib. Hazırda biznes fəaliyyəti ilə məşğuldur.

Daha çox


Son xəbərlər