Qurban Qurbanov: “2024-cü il “Qarabağ” üçün çox yaxşı oldu”

Qurban Qurbanov: “2024-cü il “Qarabağ” üçün çox yaxşı oldu”
ÖLKƏ FUTBOLU 22 Dekabr 2024 / 19:46 1791
-  A +

Futbolçularımı təbrik edirəm. Həqiqətən çox yaxşı komandaya qarşı oynayırdıq. "Araz-Naxçıvan" uduzsa da, çox yaxşı idman forması göstərən kollektivdir. Bütün oyunlarda eynidirlər. Nəticələri də çox yaxşıdır. Elmar Baxşıyevə və komandasına uğurlar arzulayıram. Futbolçularıma yanvardan bu yana göstərdikləri oyuna görə təşəkkür edirəm. Azarkeşlərimizə də həmçinin. Bizi tək qoymadılar”. 

QOL.az sportal.az saytına istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 18-ci turunun “Araz-Naxçıvan”a qarşı matçından (2:0) sonra keçirilmiş mətbuat konfransında bildirib.

O, nəticə haqda danışarkən deyib: “Qələbə çox vacib idi ki, fasiləyə pozitiv notlarla yollanaq. Görünən odur ki, gələn il daha çox işləməliyik və daha sağlam, diqqətli olmalıyıq. Xalqımıza gələn il xoş günlər arzulayıram. Ölkəmiz üçün faydalı il olmasını arzulayıram.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- 2024-cü ilə əvvəldən baxsaq, ili necə qiymətləndirərsiz?

- Çox yaxşı. Bu ili ən uğurlu illərdən adlandırıram. "Braqa", "Bayer"lə yaxşı oyunlarımız oldu. Ölkəmiz üçün futbol ili idi. Xalqımız böyük futbol yaşadı. Oyunların hamısı gərgin və maraqlı keçdi. Həyəcanlı qələbələr, həyəcanlı məğlubiyyətlər var idi. "Bayer"ə hər iki maçtda qalib gəlmək üçün yaxşı şansımız var idi. Çempion olduq, kubok qazandıq. Minimum məqsədə çatdıq. ÇL-in pley-off mərhələsində oynadıq. Avroliqada məğlubiyyətlərlə üzləşdik. Olmamalı idi, ancaq oldu.

- Sizə görə 2024-cü ilin ən yaxşı yerli futbolçusu kimdir?

- Düşünməmişəm. İlk ağlıma gələn Toral oldu. Çox yaxşı mövsüm keçirdi. Avrokuboklarda da, çempionatda da. Komandamın ən fəal oyunçularından oldu. Siyahıya baxaram.

- Müdafiə xəttini gücləndirmək  barədə düşünürsünüz?

- Düşünürük.

- Qış hazırlıq planınız bəllidir?

- Bəllidir. Bakıda qalacağıq. Yanvarın 9-da və 12-də oyunumuz olacaq. Qısa hazırlıq dönəmidir.

- Juniyno ilə bağlı yeni xəbər var?

- Elə ilk olan danışıqlardır, təklifdir. Sonra dedilər əlaqə saxlayacağıq, hələ ki, sakitlikdir.

- Nə qədər məbləğ təklif etsələr, buraxarsınız?

- Bu, mənə aid məsələ deyil.

- "Sevilya"dan zəng gəlməməsi sizi sevindirir?

- Normal prosesdir. Böyük klubdur, dərindən düşünürlər. Hansı yaxşıdır, o da olsun.

- Nə vaxt "Qarabağ"ın yerli futbolçularını Avropa klubları transfer edəcək?

- Bəlkə də, tezdir. Bu yöndə ayrıca iş qurulmalıdır. Amma bunun üçün istər-istəməz çempionatımızın səviyyəsi mütləq qalxmalıdır. Kənar ölkələr bizim liqaya dəyər verməlidirlər. Buna da vaxt lazımdır. Get-gedə alınmalıdır. Fubol olaraq böyük yaşımız yoxdur. Xaricə transfer etmək üçün ayrıca iş qurulmalıdır, təbliğat aparılmalıdır. Bəlkə oyunçularımız daha çox reklam olunmalıdır. Yəqin onun da zamanı gələcək.

- AFFA İcraiyyə Komitəsinin son iclasında pozitiv hansı müzakirələr oldu?

- Əfsuslar olsun ki, heç nə deyə bilməyəcəm. Çünki gərək rəsmi xəbər verilsin, bəlkə sonra hansısa məsələ haqda fikir bildirə bilərik.

Daha çox


Son xəbərlər
22.12.24  10:16

Daha 5 il "Bayer"də

21.12.24  17:52

Tovuzda heç-heçə