"Azarkeşlər sağ olsunlar ki, uzun yol gəlib dəstəklədilər. Gələ bilməyən azarkeşlərə də minnətdaram. Soyuqda, qışda bu məsafəni qət edirlər və komandalarını dəstəkləyirlər. Var olsunlar".
QOL.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 18-ci turunda "Turan Tovuz"la səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.
O, oyunla bağlı fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb:
- Birinci hissədə rahat idik. Oyunu idarə edirdik. Amma ikinci hissədə bilərək ki, rəqib hansı məqamlarda təhlükəlidir, həmin epizodlardan qapımıza qol gətirdik. Oyunun gedişatında da Yeqor Boqomolski və Filip Ozobiçin yorulmaları bütün ajiotajı rəqibə verdi. Futbolçularım mübarizə apardılar, sağ olsunlar. Hər bir rəqib üçün bu meydanda oynamaq çətindir. İndi 10-12 günlük istirahətə gedirik. Düşünürəm ki, buna futbolçularımın ehtiyacı var. Hər oyundan oyuna stress və dəyişikliklər olur. Bunlardan dincəlməlidirlər. Çox vaxtımız da olmayacaq. Ondan sonra işimizə davam edəcəyik.
- İkinci hissədə etdiyiniz əvəzetmədən sonra Ervin Koffini orta sahəyə çəkməyiniz təəccüblü gəldi. Bu, məcburi idi, yoxsa əvvəlcədən planlaşdırmışdınız?
- Məşqlərdə bunu nəzərə alırdıq ki, oyunda nəsə ola bilər, kimsə zədələnə bilər. Bunun üzərində işləyirik və Koffiyə başa salırıq. Amma plana uyğun deyil idi. Bu gün həmin mövqedə 3-4 futbolçumuz zədələnməsi, əlbəttə ki, təsirsiz ötüşmür. Ozobiç oyundan qopmağa başlamışdı. Yaş və meydança amili də rol oynadı. Uzun zədədən sonra başlayıb oynamağa. Onu dəyişib həmin mövqeyə qoya biləcəyimiz oyunçu olmadığından bunu etdik.
- Qol epizodundan başqa, demək olar ki, "Neftçi"nin fürsətləri çox olmurdu. Xüsusən də son dəqiqələrdə komanda geri çəkildi. "Turan Tovuz"un isə əksinə qol epizodları çox oldu. "Neftçi"nin əzəmətli oynaması üçün nə çatmır? Heyət problemidir mi?
- Siz bunu məndən öyrənib ictimaiyyətə mənim adımdan bildirmək istəyirsinizsə, bu fikri burada saxlayacağam. Çünki bu, mənim komandamdır və şəxslər üzərində danışmaq istəmirəm. Sən radioda dəfələrlə nəyin çatışmadığını dilə gətirmisən. Sırf bunu mən deməliyəmsə, etməyəcəm. Çünki problemi özüm bilirəm və hər şey nəzarətimiz altındadır. Hər şeyin məqamı var. Bilirik ki, "Neftçi" adına digər komandalar nə cür oyun göstərir. Uzağa getməyək, ötən matç "Kəpəz"lə oynadıq. Həmin oyuna baxın və sonra onların "Sumqayıt"la oyunlarına baxın. Heç kəsi günahlandırmaq fikrim yoxdur, sadəcə məcraya, oyunda baş verən proseslərə baxın. Futbolçuların istəyi və ajiotaja baxın. Bunu normal qəbul edirik. Bu hala adekvat cavab vermək üçün oyunumuzu möhkəmləndirməliyik, buna da zaman lazımdır. Bunun üçün də oyunçular tapşırıqları anlamalıdırlar. Anlasalar, bundan qazanacağıq. Əgər fikirləşirsinizsə ki, bu gün bizim üçün önəmli olan nə idi, deyərdim ki, nəticə. Amma rəqib geriyə düşməyimiz xüsusi oyun tərzi və ajiotajla məcbur etdi. Çox rəqiblər bu meydanda əziyyət çəkir, biz də əziyyət çəkdik. Amma digər oyunlarda fərqlidir vəziyyət. Həmin görüşlərdə sırf "Neftçi" bu cür oyun göstərir deyə bir şey yoxdur. Razıyam ki, öz adımıza görə belə oynamalı deyilik. Amma biz təzəyik və komandanı yenidən qururuq. Futbolçuları komandada görmək istədiyimiz oyun tərzinə oturtmaq istəyirik. Bəzilərində alınır, bəzilərində gec alınır, digər oyunçularda isə heç alınmır. Bundan sonra şəxsi adlara keçməli olacağam, amma bu gün uyğun gün deyil.
- Komandaya çətin dönəmdə gəldiniz. Amma son mətbuat konfransında dediniz ki, gedəcəyimiz yolu bilirik. Qabaqdan da qış fasiləsi gəlir. Demək olar ki, çətin dönəm geridə qaldı?
- Xeyr, arxada qalmayıb. Yaya qədər çətinliklər çəkəcəyik. Öz aramızda da bunu danışmışıq. Gələndə bilirdik ki, çətin durumda gəlmişik. Və bilirdik ki, hazırda bunu dəyişmək çətindir. Bəlkə də, bəzi oyunları sırf nəticəyə görə oynayaraq və qələbələr qazandıqca nələrisə düzəldə biləcəyik. Artıq bəzi futbolçular düşündüyümüz kimi yaxşıdır və bizə yararlıdırlar. Sadəcə vəziyyətə görə bu durumdadırlar. Düşünürük ki, yalnız qələbə ilə bunu aradan qaldıra bilərik. Qış fasiləsi bizə onu verəcək ki, həm futbolçular, həm biz özümüz soyuq başla analiz edəcəyik. "Neftçi" olaraq işimiz çoxdur və dayanmadan işləyirik.
- Artıq əşyalarını hazırlayıb getməyə hazır olan oyunçular var?
- İndi bundan danışmaq, məncə, yersiz olar. Transferlər üzərində dayanmadan işləyirik. Şablon söz olsa da, qışda bunun nə qədər çətin olduğunu siz də bilirsiniz. Ona görə bu, bizi çətinliyə sala biləcək məqam ola bilər. Kimləsə danışmayıb əlimizdə olan oyunçuları göndərsək, əziyyət çəkə bilərik. Zədələrə görə bu gün Koffini yarımmüdafiədə oynatdıq. Bu cür vəziyyətlərdə deyirsən ki, kaş, filan oyunçu qalardı, oynayardı.
- Dominant "Neftçi"ni nə vaxt görəcəyik?
- Nə cavab verim buna? Martın 22-si... Nə deyim? Bunun tarixi olur?
- Killan Lebonun göstəriciləri nə qədər aşağı düşüb?
- Bütün futbolçular bizimlə Tovuza gəlmişdi. Çünki son və çox vacib matç idi. Tələb o idi ki, bütün oyunçular bura gəlsin. Ehtiyatda oturan oyunçuların içində də ümumiyyətlə oyuna hazır olmayan futbolçular var idi. Lebonun da problemləri var idi. Oynamamağı zədə səbəbindəndir. Ümumi danışsaq, adlar çəkmək istəmirəm. Kimin performansını qabardaq? Tək Lebonu deməzdim, komanda şəklində yaxşı deyilik.
Klub stadionda ayaqüstü sektor yaradır
"Nyukasl"ın "Qarabağ" hazırlığı - Şəkillər
Rəhim Həsənov qolun ləğvini təsdiqlədi - Video
Keyn bu göstəricidə Ronaldonu geridə qoydu
"Qarabağ" qeyri-adi komandadır" - "Nyukasl"ın futbolçusu
"Qalatasaray" - "Yuventus" matçının heyətləri açıqlandı
Klub rəhbərliyi cəzalandırıldı
"Liverpul" "Aston Villa"nın futbolçusu ilə maraqlanır
Müqaviləsi yeniləndi, klubda ən yüksək maaşı alacaq
Premyer Liqa oyunlarında iftar fasiləsi tətbiq olunacaq
"Qarabağ"ın "Nyukasl"la oyunöncəsi məşqindən - Şəkillər
Çempionlar Liqasının ən sürətli oyunçusu seçildi
"Yuventus"un futbolçusunun cəzası ləğv olunmadı
"Mən də çox istəkliyəm, futbolçularım da" - Qurban Qurbanov
"Nyukasl"a qol vurmağa hazıram" - Kamilo Duran
Millimizin iştirak edəcəyi turnirin təqvimi açıqlandı
"Latsio"dan yarım milyard avroluq stadion planı
Spaletti: "İstanbuldakı çətinliklərə hazırıq"
“Yuventus”un qeyri-adi dizaynda yeni forması - Şəkil
"Zirə" onu Rusiya klubuna icarəyə verdi
"Nyukasl" Bakıya gəlir - Şəkillər
"Traktor"da baş məşqçi istefası
UEFA-dan Əliyar Ağayevə daha bir təyinat
"Qəbələ"dən etiraz - Video
"Qarabağ" – "Nyukasl" matçına satılan bilet sayı
"Xankəndi"də yeni müdafiəçi
Bakıya nə qədər "Nyukasl" azarkeşi gəlir?
AFFA rəsmisi UEFA-dan növbəti dəfə təyinat aldı
2-ci liqada 6 oyunun vaxtı məlum oldu
ÇL-in oyunları bu kanallarda
FİFA-da DÇ-2026 ilə bağlı narahatlıq artır
Misli Premyer Liqasında mövsümün antirekordu
"Şamaxı" ilə matçda xal itirməməli idik" - Ayxan Hüseynov
Türkiyə klubunda yeni baş məşqçi
Azərbaycanlı futbolçu Maldivdə: çempionluq və tropik macəra
Yamala qarşı qaydanı pozdular, qalmaqal yarandı - Şəkillər