“Birinci divizionun belə hansısa komandasına “Neftçi” formasını geyindirsən, o, istər-istəməz meydanda özünü göstərəcək. Ona görə də rəqib komandanı gözəl oyuna görə təbrik edirəm”.
QOL.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev bu gün “Neftçi”yə qarşı keçirilən Misli Premyer Liqasının 18-ci turunun oyunundan (1:1) sonra jurnalistlərə bildirib.
Onun fikrincə, matç maraqlı keçib və azarkeşlər buna görə seviniblər: “Nəticəyə görə olmasa da, oyuna görə sevindilər”.
- Çempionatın arxada qalan birinci hissəsini komandanız üçün necə dəyərləndirirsiniz?
- Təbii ki, razıyıq. Amma çempionat başlayandan demişdik ki, əgər qışa qədər 30 xal yığsaq - nəzərə alaq ki, ötən il qışa kimi 22 xal toplamışdıq - xoşbəxt olarıq. Düzdür, bu, hədəf deyildi. Çempionat başlayanda bizə deyilsəydi ki, cəmi 2 oyunda uduzacaqsınız, çox sevinərdik. Və o da deyilsə idi ki, bu iki matçı “Araz Naxçıvan”a uduzacaqsınız, təəccüblənərdik. Bunlar çempionatımızın səviyyəsinin qalxmasını göstərir.
- Qış fasiləsində komandanızın güclənməsi üçün hansısa addımlar atılacaqmı?
- Baxdığımız oyunçular var. Transfer pəncərəsi açılmasa da, skautlarımız futbolçuları izləyirlər. 3-4 transfer gözlənilir. Bunlar sadəcə, komandanı gücləndirmək üçündür. Komandanın onurğa sütünuna isə dəyməyəcəyik. Oyunçuları göndərmək barədə düşünmürük. Onsuz da futbolçularımız azdır. Əslində 2 oyunçu ilə güclənməyi düşünürdük. Amma gözləmədiyimiz zədələr - Marandiçinin zədələnməsi, Faiq və Milleri əməliyyata gedəcəyi bizi məcbur etdi ki, fasilədən sonra 3-4 transfer həyata keçirək.
- Bir müddət əvvəl bildirmişdiniz ki, Tovuz stadionunun süni meydançasının dəyişməsi üçün AFFA-dan kömək gözləyirsiniz. Bu məsələyə dair bir yenilik varmı?
- Xeyr, yoxdur. Sizin vasitənizlə yenidən AFFA-ya müraciət edirik ki, bizə dəstək olsalar, oyunlar təbii ot örtüyündə oynanılsa, zədələrimiz az olar, oyunların keyfiyyəti artar, azarkeşlər də bundan zövq alar. Ona görə də biz təklifimizi yenidən təkrarlayırıq. Örtüyün dəyişdirilməsi üçün xərclərin 50 faizini sponsor şirkət öz üzərinə götürür. Digər 50 faiz xərc AFFA tərəfindən qarşılansa, xoşbəxt olarıq.
- “Turan Tovuz”un adının dəyişdirilib yenidən “Turan” qoyulacağı haqda məlumatlar var. Bu haqda nə deyə bilərsiniz?
- Bəli, bizim AFFA-ya belə bir müraciətimiz olub. İcraiyyə Komitəsində bu məsələyə baxılıb. Yaxın günlərdə müsbət cavab gözləyirik. “Turan” bir şəhərin deyil, bütün Qərb bölgəsinin komandasıdır. Nəinki Qərb, Azərbaycanın bütün fərqli bölgələrindən azatkeşlərimiz var. Bunları və əvvəlki “Turan”ın ənənəsinə, mənəvi mirasına qayıtmaq üçün adımızı dəyişdirməyi planlaşdırırıq.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı