Türkiyə təmsilçilərinin - "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş" və "Başakşehir"in avrokuboklarda bu həftə keçirəcəyi matçlar üçün hakim təyinatları açıqlanıb.
QOL.az xəbər verir ki, Avroliqanın Liqa mərhələsinin 4-cü turunda "Qalatasaray" evdə "Tottenhem"lə, "Fənərbaxça" səfərdə "AZ Alkmaar"la, "Beşiktaş" öz meydanında "Malmö" ilə üz-üzə gələcək. Konfrans Liqasının Liqa mərhələsinin 4-cü turunda isə "Başakşehir" "Kopenhagen"in qonağı olacaq.
UEFA bu matçlara hakim təyinatlarını açıqlayıb.
"Qalatasaray" - "Tottenhem" görüşünün referisi Laurens Visser olacaq. Ona Rien Venizer, Tibo Neyssen və Saymon Burdoui (dördüncü hakim) kömək edəcəklər. Adıçəkilən ədalət təmsilçiləri Belçikadandır.
"AZ Alkmaar" - "Fənərbaxça" qarşılaşması şotlandiyalılara tapşırılıb. Baş hakim Con Bitona Daniel Makferlen, Devid Makqiçi və Kalum Skoot (dördüncü hakim) kömək edəcək.
"Beşiktaş" - "Malmö" matçında almaniyalılar iş başında olacaq. Referi kimi Sven Yablonski, laynsnman kimi Lasse Koslovski və Eduard Beytinqer, dördüncü hakim kimi isə Tobias Rişel fəaliyyət göstərəcək.
"Kopenhagen" - "Başakşehir" oyununa niderlandlı hakimlər təyin olunub. Referi Joy Koija Yost van Zuilen, Patrik İnia və Aleks Bos (dördüncü hakim) kömək edəcək.
Qeyd edək ki, "Beşiktaş" - "Malmö" matçı sabah (saat 19:30), "Qalatasaray" - Tottenhem" (saat 21:45), "AZ Alkmaar" - "Fənərbaxça" (saat 00:00) və "Kopenhagen" - "Başakşehir" (saat 00:00) görüşləri isə noyabrın 7-də keçiriləcək.
Avropa Liqasında 18 oyun
“Qarabağ”dan möhtəşəm qələbə!
Levandovski okeanın o tayına yollana bilər
ÇL-də 100-cü oyununa çıxdı
“Qarabağ” - “Ayntraxt” matçında ciddi problem yarandı
Afrika Kubokunun ən yaxşıları bilindi
"Qalatasaray" - "Atletiko" matçının start heyətləri
"Aston Villa" futbolçusunu vaxtından əvvəl geri qaytardı
“Qarabağ”ın “Ayntraxt”la oyun üçün heyəti
"Everton"un futbolçusu sıradan çıxdı
Türkiyə superliqasında matçların tarixi dəyişdirildi